Mixeil Kavelaşvili Bolqarıstan səfiri ilə görüşüb
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Gürcüstandakı Bolqarıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Veselin Valkanov ilə görüşüb.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstan ilə Bolqarıstan Respublikası arasında mövcud dostluq münasibətləri, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də Qara dəniz regionunun təhlükəsizliyi və bağlantısı məsələləri müzakirə olunub.
“Qeyd olunub ki, iki ölkə arasındakı tərəfdaşlıq tarixi əlaqələr, ortaq maraqlar və qarşılıqlı hörmət üzərində qurulub.
Söhbət zamanı həmçinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyin əhəmiyyəti, Qara dəniz regionunda əməkdaşlığın dərinləşdirilməsi, enerji və tranzit layihələrinin inkişafı, eləcə də Gürcüstan ilə Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyi müzakirə edilib.
Prezident Veselin Valkanova iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi şəxsi töhfəyə görə təşəkkür edib”, – deyə Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Mixeil Kavelaşvili Veselin Valkanova gələcək peşə fəaliyyətində uğurlar arzulayıb.