Mixeil Canelidze BMT-nin qaçqınlar üzrə Ali Komisarının Cənubi Qafqazdaki nümayəndəsi ilə görüşdü
Gürcüstanın vitse-prezidenti və eyni zamanda, Xarici İşlər Naziri Mixeil Canelidze, BMT-nin qaçqınlar məsələləri üzrə, Ali Komisarının (UNHCR) Cənubi Qafqazdaki nümayəndəsi İohanes Van Der Klaus ilə görüşdü.
Görüş zamanı tərəflər işğal altında olan regionlarda yaranan ağır humanitar vəziyyət barədə danışdılar.
Canelidzenin dediyinə görə, görüşdə xüsusi diqqət məcburi köçkünlərin evlərinə qaytarılması və qaçqınların vəziyyətlərinin yaxşılaşdırılması məsələlərinə yetirildi.