Mixail Saakaşvilinin Kiyevdə elan etdiyi "Qəzəblilər marşına" təqribən 300 nəfər yığıldı
Mixail Saakaşvilinin Kiyevdə elan etdiyi "Qəzəblilər marşına" təqribən 300 nəfər yığıldı

Ukraynada Mixail Saakaşvili tərəfindən elan edilən “Qəzəblilər marşına”, təqribən 300 nəfər getdi.

Ukrayna medyasında yayılan məlumata görə, Odessa əyalətinin sabiq qubernatorunun dəstəkçiləri Kiyevin mərkəzində yığılıb, prezidentin impiçmentini tələb edirdilər.

Aksiya iştirakçıları daha sonra Rada binasına doğru getdlər. Aktivistlər tələb edirlər ki, Rada deputatları prezidentin impiçmenti haqqında qərar versinlər, hansı ki, ölkə başçısının vəzifədən kənarlaşdırma prosedurunu daha da asanlaşdıracaq.