Mixail Saakaşvili Ukraynada "milyonlarının marşını" keçirməyi planlaşdırır
Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynada milyonların marşını keçirəçəyini bəyan edir.
“Əgər milyonların marşını istəyirsinizsə, marşı alacaqsınız”, – deyir Saakaşvili.
Saaakaşvili milyonların marşını bugün saat 18:30-da elan edir. Onu tərəfdarları isə, Radanın qabağında gözləyirlər.
Nitqlə çıxış edərkən, Odessa əyalətinin sabiq qubernatoru bəyan etdi ki, əgər onun tələbləri nəzərə alınmasa, o Ukrayna iqtidarını dəyişdirməyi planlaşdırır.
Kiyevdə təhlükəsizlik tədbirləri maksimal şəkildə möhkəmləndirilib. İqtidarın yerləşdiyi rayonu isə, ikimin polis qoruyur.