Mitropolit Şio - Cinayətdə ittiham edilən yeniyetmənin kilsədə gizləndiyini düşünmürəm
Mitropolit Şio - Cinayətdə ittiham edilən yeniyetmənin kilsədə gizləndiyini düşünmürəm

Patriarxın yeni varisi Şio Muciri bəyan etdi ki, Xorava küçəsindəki qətli törədən yeniyetmələrdən birinin, kilsədə gizləndiyi haqqında məlumatı yoxdur. 

Bu barədə bəyanatı Şio Muciri Sioni kilsəsində keçirdiyi messanın başa çatmasından sonra verdi.

“Mənim bu haqda məlumatım yoxdur və düşünmürəm ki, ittiham edilən yeniyetmələrdən biri kilsədə gizlənir” -dedi patriarxın varisi.

Mitropolit Şio Muciri baş verən hadisəyi milli faciə adlandırdı və patriarxın bu hadisə ilə bağlı çox üzüdlüyünü bəyan etdi.