Mitinqdə Birinci Kanalın fotomüxbiri İrakli Gedenidze yaralandı
Rustaveli prospektində keçirilən aksiya zamanı Birinci Kanalın fotomüxbiri İrakli Gedenidze yaralanıb.
İrakli Gedenidze yaralanan zaman “Tbilisi Marriott”un yaxınlığında işləyirdi. Çox güman ki, ayağından pirotexniki vasitə ilə vurulub.
İrakli Gedenidzeyə təcili tibbi yardım briqadası kömək edib. Hazırda onun vəziyyəti qənaətbəxşdir və o, mitinqdə fəaliyyətini davam etdirir.