Mitinq iştirakçıları etiraz aksiyasını Çavçavadze prospektində davam etdirirlər
Mitinq iştirakçıları etiraz aksiyasını Çavçavadze prospektində davam etdirirlər

Mitinq iştirakçıları Çavçavadze prospektində etirazlarını davam etdirirlər. Dövlət Universitetinin binasının yaxınlığında yerləşirlər. Bundan əvvəl mitinq iştirakçıları Rustaveli prospektindən yürüşlə gəldikləri Filarmoniyanın yaxınlığında maşın saxlayıblar.

Hazırda Çavçavadze prospekti bağlıdır.

Mitinq iştirakçıları vətəndaşları mitinqə gəlməyə səsləyirlər.

Ötən gecə Rustaveli prospektində keçirilən aksiyada vəziyyət bir neçə dəfə gərginləşib. Toplananlar asayiş keşikçilərinin üzərinə pirotexniki vasitələr və müxtəlif əşyalar atıb, cavab olaraq polis bir neçə dəfə su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.