Mircha Coana - Gürcüstanın xarici işlər nazirinin müavini və parlament komitəsinin sədrləri ilə görüşdüm, tərəfdaşımız Gürcüstanla siyasi dialoqu gücləndirməyi davam etdiririk
NATO baş katibinin müavini Mircha Coana “Twitter”də Gürcüstanın xarici işlər nazirinin müavini və parlament komitəsinin sədrləri ilə görüş haqqında yazır.
Mircha Coana Qara dənizin təhlükəsizliyinin NATO üçün strateji əhəmiyyət kəsb etdiyini bildirir.
“Xarici işlər nazirinin müavini Laşa Darsalia, parlament komitəsinin sədrləri Nika Samxaradze və İrakli Beraia ilə görüşdüm. Qara dənizin təhlükəsizliyi NATO üçün strateji əhəmiyyət kəsb edir. Biz uzunmüddətli tərəfdaşımız olan Gürcüstanla siyasi dialoqu və praktiki əməkdaşlığı gücləndirməyə davam edirik”- deyə NATO baş katibinin müavini Mircha Coana “Twitter” mikrobloqunda yazır.