Miriam Leksman - Kirbaladan gələn faciəvi məlumat, yalnız Rusiyanın Gürcüstan ərazilərinin işğalına son qoyması belə iyrənc hadisənin bir daha təkrarlanmamasını təmin edə bilər
Yalnız Rusiyanın Gürcüstan ərazilərinin işğalına tamamilə son qoyması belə iyrənc hadisənin bir daha təkrarlanmamasını təmin edə bilər, – Avropa Parlamentinin deputatı Miriam Leksman sosial şəbəkədə yazır.
“Kirbaladan faciəvi məlumat. Bu iyrənc əmələ görə tam məsuliyyəti işğalçı qüvvə daşıyır. Yalnız Rusiyanın Gürcüstan ərazilərinin işğalına tam son qoyması belə iyrənc hadisənin bir daha təkrarlanmamasını təmin edə bilər”– Miriam Leksman “Twitter”də yazıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Kirbala kəndi yaxınlığında, işğal altındakı ərazidə yerli sakinin qanunsuz saxlanılmasına cəhd edilən zaman Rusiya işğalçı qüvvələri tərəfindən açılan atəş nəticəsində Gürcüstan vətəndaşı dünyasını dəyişib.