Ekskursiya çərçivəsində “Minillik məktəbi”nin VI sinif şagirdləri Birinci Kanalda olublar.
Şagirdlər yayımçının studiyalarına və iş mühitinə baxış keçiriblər, Birinci Kanalın jurnalistləri və aparıcıları ilə söhbət ediblər, həmçinin Avroviziya 2023 Uşaq Mahnı Müsabiqəsində Gürcüstanın təmsilçisi “Anastasiya və Ranina”nın məşqində də iştirak ediblər.
İctimai Yayımçı gənclərin media sahəsinə marağını artırmaq və onları məlumatlandırmaq məqsədilə mütəmadi olaraq məktəbliləri və tələbələri ekskursiyalar çərçivəsində qəbul edir.