Mindeli körpüsündən Balançini və Beliaşvili küçələrinin kəsişməsinə qədər avtomobillərin hərəkəti aprelin birinədək qismən məhdudlaşdırılacaq
Beliaşvili küçəsində planlaşdırılmış rekonstruksiya işləri ilə əlaqədar, bu gündən aprelin 1-dək Mindeli körpüsündən Balançini və Beliaşvili küçələrinin kəsişməsinə qədər avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq, – bu barədə məlumatı paytaxt meriyası yayır.
“Küçənin rekonstruksiya işləri əsasən gecə saat 23:00-dan səhər saat 07:00-dək aparılacaq, gündüz isə, nəqliyyatın intensiv hərəkəti zamanı, qeyd olunan məhdudiyyət götürüləcək və hərəkət yubanmadan mümkün olacaq. İşlərin aparılması dövründə hərəkət dəyişillik olmadan, mövcud sxemlə mümkün olacaq”, – məlumatda deyilir.