Milli Xəstəliklərə Nəzarət Mərkəzindən verilən məlumata görə, bir neçə saatdan sonra peyvənd portalında 12-15 yaşlı uşaqlar üçün qeydiyyat xidməti fəaliyyətə başlayacaq.
Milli Xəstəliklərə Nəzarət Mərkəzindən verilən məlumata görə, bir neçə saatdan sonra peyvənd portalında 12-15 yaşlı uşaqlar üçün qeydiyyat xidməti fəaliyyətə başlayacaq.

Milli Xəstəliklərə Nəzarət Mərkəzindən verilən məlumata görə, bir neçə saatdan sonra peyvənd portalında (booking.moh.gov.ge) 12-15 yaş arası uşaqlar üçün qeydiyyat xidməti fəaliyyətə başlayacaq.

Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzdən verilən məlumata görə, indiki mərhələdə bu yaşda olan uşaqların peyvənd olunması üçün onlayn qeydiyyat xidməti işə salınmayıb, lakin yaxın vaxtda müvafiq texniki işlər yekunlaşacaq və qeydiyyat xidməti bu yaş qrupu üçün bu gün, gecə mövcud olacaq.

Xatırladaq ki, ölkədə 12-15 yaş arası yeniyetmələr üçün “Pfizer” peyvəndi ilə vaksinasiya bu gündən mümkündür. Əvvəllər bu yaş kateqoriyasında peyvəndləmə xroniki xəstəlikləri və ya digər müəyyən tibbi problemləri olan uşaqlara şamil olunurdu. Bu gün peyvəndləmə müəssisələrdə bu yaşda olan yeniyetmələrin yerindəcə qeydiyyat yolu ilə peyvənd edilməsi mümkün olub. Sabahdan etibarən Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, peyvənd üçün booking.moh.gov.ge saytında qeydiyyat ilə sifariş mümkün olacaq.