Milli Turizm Administrasiyasının məlumatına görə, martda xarici vizitorların sayı 160,1 faizlə artdı
2022-ci ilin mart ayında Gürcüstana 214 644 beynəlxalq səfər edildi ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 160,1 faiz çoxdur, – bu barədə Milli Turizm Administrasiyasının hesabatında deyilir.
Hesabata uyğun olaraq, beynəlxalq ziyarətçilərin Gürcüstana 127 068 səfəri quru, 85 469 səfəri hava, 1066 səfəri dəniz, 1041 səfəri dəmir yolu ilə həyata keçirildi.
Konkret ölkələrin göstəriciləri bu cürdür: Türkiyə – 35 959 ziyarətçi, Rusiya – 33 556 ziyarətçi, Ermənistan – 32 228 ziyarətçi, Gürcüstan (qeyri-rezident) – 20 936 ziyarətçi, İsrail – 15 709 ziyarətçi, Ukrayna – 13 018 ziyarətçi , Azərbaycan – 11 360 ziyarətçi, Belarus – 7 507 ziyarətçi, Qazaxıstan – 6 032 ziyarətçi, İran – 5 994 ziyarətçi, Özbəkistan – 3 291 ziyarətçi, Almaniya – 2 787 ziyarətçi, Polşa – 2 087 ziyarətçi, ABŞ – 2 013 ziyarətçi, Hindistan – 1 964 ziyarətçi.