Gürcüstanın Milli Turizm Administrasiyasının təşkilatçılığı və USAİD-in dəstəyi ilə yeni broşürlər tərtib edilib. Məlumatı Turizm Administrasiyası yayır.
“Gürcüstanın mühafizə olunan əraziləri, mədən kurortları, mədəniyyəti, şərabı və mətbəxi haqqında məlumatları özündə əks etdirən altı istiqamət işlənib. Yeni turist bələdçiləri ilə səyahətçilər YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidələr, muzeylər, monastırlar, İmeretinin turistik yerləri və Kutaisi Beynəlxalq Hava Limanı haqqında məlumat əldə edəcəklər. Broşürlərdə xəritələr, marşrutlar, viza məlumatları, turistlər üçün lazımi onlayn keçidlər və QR kodları var.
Milli Turizm Administrasiyası Dağ Yolları Agentliyi, Kutaisi Hava Limanı, Gürcüstan Milli Parkları və Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi ilə əməkdaşlıq edərək yeni tanıtım broşürlərini tərtib edib.
Yeni turist broşürləri ingilis dilində çap edilib. Hədəf bazarları üçün broşürlərin müxtəlif dillərə tərcüməsi planlaşdırılır.
Turistlər turizm informasiya mərkəzlərində yeni bələdçilərlə tanış olacaqlar. Milli Turizm Administrasiyası beynəlxalq turizm sərgilərində yeni broşürləri təqdim edəcək”- deyə Milli Turizm Administrasiyasının məlumatında bildirilir.