Milli Turizm Administrasiyası Sky Express aviaşirkəti ilə əməkdaşlığa başlayır
Milli Turizm Administrasiyası rəhbərinin müavini Tamaz İoraşvili Yunanıstanın “Sky Express” aviaşirkətinin sahibi İuanis Qrillos və aviaşirkətin rəhbər şəxsləri ilə görüşüb.
Milli Turizm Administrasiyasında keçirilən görüşdə aviaşirkətlə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Sky Express Gürcüstanın hava bazarına daxil oldu. Aviaşirkət həftədə üç dəfə Afinadan Tbilisiyə birbaşa müntəzəm uçuşlara başlayıb. Gürcüstanın aviabazasına yeni aviaşirkətin gəlməsi Yunanıstandan turist axınının artmasına kömək edəcək.
Bu barədə məlumatı Milli Turizm Administrasiyasının mətbuat xidməti yayıb.