Milli Turizm Administrasiyası - Noyabrda Gürcüstana gələn beynəlxlaq vizitorların sayı 91.6 faizlə azaldı
Cari ilin noyabr ayında Gürcüstana gələn beynəlxalq vizitorların sayı 45 363 idi və bu göstərici, keçən ilin eyni dövrü ilə müqayisədə 91.6 faizlik azalma deməkdir.
Bu barədə Milli Turizm Administasiyası tərəfindən yayılan hesabatda deyilir.
Hesabata əsasən, cari ilin noyabr ayında, quru yollarla Gürcüstana gələn beynəlxalq vizitorların sayı 41 139-dir, hava yolları ilə – 3 530, dəniz yolları ilə – 507 və dəmir yolu ilə – 187.