Milli Turizm Administrasiyası - may ayına olan göstəricilərə əsasən, turistik səfərlərin 62,3 faizi bərpa olunub
Milli Turizm Administrasiyası may ayının statistik göstəricilərini dərc edir. Verdikləri məlumata görə, cari ilin may ayında Gürcüstanı 359 238 beynəlxalq səyahətçi ziyarət edib , bu 2021-ci ilin may ayı ilə müqayisədə + 228,5% artım deməkdir, beynəlxalq səyahətlərin bərpası nisbəti 2019-cu ilin göstəriciləri ilə müqayisədə 49,7% təşkil edir.
“May ayında beynəlxalq turistik ziyarətlərin sayı 264 327 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə +173,9% çoxdur, 2019-cu ilin aprel ayının göstəricisi ilə müqayisədə isə turistik səfərlər 62,3%-lə bərpa olunub.
2022-ci ilin yanvar-may aylarında Gürcüstana 1 180 034 beynəlxalq səyahətçi səfər edib ki, bu da 2021-ci ilin 5 ayının göstəricisi ilə müqayisədə + 257,8% artım deməkdir, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə bərpa 39,5%-i təşkil edib.
2022-ci ilin 5 ayında beynəlxalq turistik səfərlərin sayı 906 670 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə +213,8% çoxdur, 2019-cu ilin may ayının göstəriciləri ilə müqayisədə isə turistik səfərlər 54,8%-lə bərpa edilib” – deyə Turizm Administrasiyasının məlumatında qeyd olunub.