Milli Turizm Administrasiyası Latviyanın beynəlxalq turizm sərgisində iştirak etdi
Milli Turizm Administrasiyası Latviyanın beynəlxalq turizm sərgisində iştirak etdi

Milli Turizm Administrasiyası Latviyada, Riqada “Blttour 2023” beynəlxalq turizm sərgisində iştirak etdi.

Baltikyanı ölkələrin ən böyük sərgilərindən birində Gürcüstanın Milli Turizm Administrasiyası ilə birlikdə, Acara Turizm və Kurortlar Departamenti, İmereti Destinasiyaların İdarə Edilməsi Təşkilatı və 11 şirkət təqdim olundu.

“Blttour 2023” sərgisində Gürcüstan stendində sərginin ziyarətçiləri ölkənin turizm məhsulları ilə tanış oldular.

Sərgi çərçivəsində Gürcüstanın turizm potensialına dair təqdimat keçirildi. Gələcək əməkdaşlığın planlaşdırılması məqsədilə Baltikyanı və Şimali Avropanın turizm, avia şirkətlər, assosiasiyalar, səyahət platformaları və media şirkətlərinin nümayəndələri ilə görüşlər keçirildi. Görüşlər çərçivəsində uçuşlar, müştərək turizm istiqamətləri, turizmin bərpası dinamikası ilə bağlı məlumatlar ilə tanış oldular.

Riqa turizm sərgisində 33 ölkədən 300-ə yaxın şirkət və təşkilat iştirak edirdi. “Blttour 2023”-ün 23 minə qədər ziyarətçisi var idi.

Məlumatı Milli Turizm Administrasiyası yayır.