Milli Turizm Administrasiyası - Kaxeti 2023-cü ilin ən yaxşı şərab istiqaməti olaraq seçilib
Milli Turizm Administrasiyası - Kaxeti 2023-cü ilin ən yaxşı şərab istiqaməti olaraq seçilib

 

2023-cü ildə ziyarət etməli olduğun 10 ən yaxşı şərab regionu – Gürcüstan ilk onluqda birinci yeri tutur – bu barədə Milli Turizm Administrasiyasının yaydığı məlumatda qeyd olunub. Verilmiş məlumatda məqalənin ABŞ-ın ən böyük şərab rəqəmsal platformalarından biri olan “VinePair” tərəfindən dərc olunduğu deyilir. Nəşr oxuculara Gürcüstana səyahət etməyi və Kaxetidə şərabın dadına baxmağı tövsiyə edir.

“Gürcüstanla yanaşı Fransa, Portuqaliya, Peru, İtaliya, İspaniya, Xorvatiya, Yeni Zelandiya, Kaliforniya və Texas ən yaxşı istiqamətlər olaraq seçilib.

Şərabın hazırlanmasının qədim texnikası mənbəyini Gürcüstandan alır. Bu səbəbdən indi Gürcüstanın məşhur şərab bölgəsi olduğu heç də təəccüblü deyil. Səkkiz min illik şərab istehsalı tarixi ilə Gürcüstan şərabın vətəni hesab olunur. Bu gün gürcü şərabı sürətlə məşhurlaşır və ixrac hər il rekord səviyyədə artır. Bu, Gürcüstanın məşhurlaşmasına, turizm “bumu”na və iqtisadiyyatın inkişafına töhfə verir. Bu səbəbdən içki sevərsinizsə Gürcüstana səyahətinizi bron edin”-deyə nəşrin yazarı Hana Stab yazır.

“Şəraba qərq olmaq üçün Kaxetidən daha yaxşı bölgə yoxdur. Bu, Gürcüstanın ən yaxşı şərab istehsal edən bölgəsidir. Tbilisidən bir saatlıq məsafədə yerləşən regionun ən yaxşı üzüm sortlarına aşağıdakılar daxildir: Saperavi və Rkatsiteli. Şərabın fermentasiyası gil qabda, küpdə baş verir. Bu ənənə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib” -deyə Hana Stab yazır.

Məqalədə Kaxetinin şərab anbarları, şərab zavodları və muzeylərindən bəhs edilir. Tsinandali muzeyi də onların arasındadır. “VinePair”in məlumatında Tsinandali mülkünə qonaq olanların üzüm bağları ilə birlikdə 1814-cü ildə istehsal olunmuş 15 min şüşə şəraba baxış keçirə biləcəkləri deyilir” -deyə Milli Turizm Administrasiyasının məlumatında qeyd olunub.