Milli Turizm Administrasiyası - iyun ayında turist səfərlərinin 64,1 faizi bərpa olunub
Milli Turizm Administrasiyası - iyun ayında turist səfərlərinin 64,1 faizi bərpa olunub

Milli Turizm Administrasiyası iyun ayı üçün statistik məlumatları dərc edir.

“Bu ilin iyun ayında Gürcüstana 445 894 beynəlxalq səyahətçi səfər edib, 2021-ci ilin iyun ayı ilə müqayisədə artım +185,5%, 2019-cu ilin məlumatı ilə müqayisədə beynəlxalq səyahətçilərin bərpa faizi 51% təşkil edir.

İyun ayında beynəlxalq turist səfərlərinin sayı 302 602 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə +126,7%, 2019-cu ilin iyun ayının məlumatları ilə müqayisədə isə turist səfərləri 64,1% bərpa olunub”, – təşkilatda bəyan edirlər.

Milli Turizm Administrasiyasının məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında Gürcüstana 1 625 928 beynəlxalq səyahətçi səfər edib, 2021-ci ilin 6 ayının məlumatı ilə müqayisədə artım +234,5%, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə bərpa 42,1% təşkil edib. 2022-ci ilin altı ayında beynəlxalq turist səfərlərinin sayı 1 209 272 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə +186,3%, 2019-cu ilin göstəriciləri ilə müqayisədə isə turist səfərləri 56,8% bərpa olunub.