Milli Turizm Administrasiyası - Gürcüstana beynəlxalq turist səfərlərinin 52 faizindən çoxu bərpa olunub
Milli Turizm Administrasiyası - Gürcüstana beynəlxalq turist səfərlərinin 52 faizindən çoxu bərpa olunub

Milli Turizm Administrasiyası aprel ayının statistikanı dərc etdirir.

İdarənin məlumatına görə, bu ilin aprel ayında Gürcüstana 244 293 beynəlxalq səyahətçi səfər edib ki, bu da 2021-ci ilin aprel ayı ilə müqayisədə +184,9 faiz artıb, beynəlxalq səyahətçilərin bərpa faizi isə, 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,7 faiz təşkil edir.

Turizm Administrasiyasının göstəricilərinə görə, beynəlxalq turist səfərlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 140,5 faiz çox olmaqla 182 381 nəfər olub, 2019-cu ilin aprel ayında turist səyahətçilərinin sayı isə 52,3 faiz bərpa olunub.

2022-ci ilin dörd ayında Gürcüstana ümumilikdə 820 796 beynəlxalq səyahətçi səfər edib ki, bu da 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə +272,3 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 36,2 faiz bərpa olunub.

“Bu il dörd ayda Gürcüstana 642 343 beynəlxalq turist səfəri həyata keçirilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə +233,9 faiz çoxdur və 2019-cu ilin yanvar-aprel aylarında beynəlxalq turist səfərlərinin 52,2 faizi bərpa olunub”, – Milli Turizm Administrasiyasında qeyd edirlər.