Milli Turizm Administrasiyası - Gürcüstan turizmdən rekord həddə, 4,1 milyard dollar gəlir əldə edib
2023-cü ildə beynəlxalq turizmdən əldə olunan gəlir 2019-cu ilin səviyyəsini 26,2% (856,7 milyon ABŞ dolları), 2022-ci ilin göstəricilərini isə +17,3% (608,7 milyon ABŞ dolları) üstələyib-bu haqda Milli Turizm Administrasiyası məlumat yayır.
İdarənin yaydığı məlumatda, Gürcüstanın rekord həddə, 4,1 milyard dollar gəlir əldə etdiyi deyilir.
2023-cü ilin dördüncü rübündə səyahət gəliri 873,677,043 ABŞ dolları təşkil edib.
Milli Turizm Administrasiyasının yaydığı məlumatda, 2019-cu ilin eyni göstəricisi ilə müqayisədə artımın 27,4 faiz təşkil etdiyi deyilir.
“Ötən il gəlirlərin artması ilə yanaşı, səyahətçilərin səfərlərində də ciddi artım olub. 2023-cü ildə Gürcüstana 7 072 220 beynəlxalq səyahətçi səfər edib, bu da pandemiyadan əvvəlki göstəricilərin 75,6% bərpasıdır, 2022-ci illə müqayisədə isə artım +30,3% təşkil edir. Ötən il Gürcüstana 4 669 467 beynəlxalq turist səfəri baş tutub, bu da 2019-cu ilin göstəricilərinin 91,9% bərpasıdır və 2022-ci illə müqayisədə artım +27,8% təşkil edir.
2023-cü ilin oktyabr-dekabr dövründə Gürcüstana 1 505 240 beynəlxalq səyahətçi səfər edib, bu da pandemiyadan əvvəlki dövrün göstəricilərinin 71% bərpasıdır.
2023-cü ilin IV rübündə 1 013 891 beynəlxalq turist səfəri baş tutub, bu da 2019-cu ilin göstəricilərinin 93% bərpasıdır” – Milli Turizm Administrasiyasının məlumatında qeyd olunub.