Milli Turizm Administrasiyası "Expedia" səyahət platformasında yeni marketinq kampaniyasına başlayıb
Milli Turizm Administrasiyası "Expedia" səyahət platformasında yeni marketinq kampaniyasına başlayıb

 
Gürcüstanın Milli Turizm Administrasiyası dünyanın ən böyük səyahət platformalarından biri olan “Expedia”da yeni marketinq kampaniyasına başlayıb.

Gürcüstanın turizm istiqamətləri, qış kurortları, təbiəti, macəra turizmi və digər turizm məhsulları haqqında məlumatlar “Expedia” və onun tərəfdaş saytlarında yerləşdiriləcək, rəqəmsal bannerlər hazırlanacaq, kampaniya sosial şəbəkələri də əhatə edəcək.

ABŞ, Almaniya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Milli Turizm Administrasiyasının marketinq kampaniyasının hədəf bazarlarıdır.

“Expedia”nın dünya üzrə 68 milyondan çox istifadəçisi var və 70-dən çox ölkədə 200-dən çox onlayn sifariş saytını birləşdirir. “Expedia” müştərilərə üç milyon səyahət, yaşayış, daşınmaz əmlak, 500-dən çox aviaşirkət, kruiz və avtomobil icarəsi şirkətləri haqqında məlumat verir.

Məlumatı Milli Turizm Administrasiyası yayır.