Milli Turizm Administrasiyası "Expedia" ilə yeni kampaniyaya başlayır
Milli Turizm Administrasiyasının rəhbəri Maia Omiadze Böyük Britaniyada, Londonda “Expedia”nın biznes inkişafı üzrə meneceri Laura Milos Sançes ilə görüşdü.
Maia Omiadze dünyanın ən böyük səyahət və rezervasiya platformasından biri olan “Expedia”nın nümayəndəsi ilə Gürcüstanın 2025-ci ildə turizm marketinq kampaniyası məsələlərini müzakirə edib.
Milli Turizm Administrasiyası artıq bir neçə ildir ki, Gürcüstanın turizm istiqamətlərini, kurortlarını, macəra turizmini və digər turizm məhsullarını populyarlaşdırmaq üçün “Expedia”ilə əməkdaşlıq edir. “Expedia”nın dünyada 68 milyondan çox istifadəçisi var və 70-dən çox ölkədə 200-dən çox onlayn rezervasiya veb-saytını birləşdirir.
“Expedia” istifadəçiyə üç milyon turist yerləşdirmə obyekti, daşınmaz əmlak, 500-dən çox aviaşirkət, kruiz və avtomobil kirayə vermə şirkəti haqqında məlumat verir.
Məlumatı Milli Turizm Administrasiyası yayır.