Milli Turizm Administrasiyası bu il 350-dən çox xarici jurnalist və turoperatoru qəbul edib
Gürcüstanın turizm sahəsini populyarlaşdırmaq üçün 2023-cü ildə dünya şöhrətli jurnalistlər, influenserlər və bloqerlər Gürcüstana səfər ediblər. Məlumatı Milli Turizm Administrasiyası yayır.
“Ölkənin turizm potensialı haqqında məqalələr, bloqlar, hekayələr və videolar The Guardian, Forbes, The Financial Times, Elle, The Times, Marie-Claire, National Geographic, Saveur, Vogue, The Sunday Times, The Huffington Post, Sueddeutsche Zeitung və s. kimi nüfuzlu KİV-lər tərəfindən hazırlanıb.
Bütün dünyada milyonlarla oxucu, sosial şəbəkə istifadəçiləri və televiziya tamaşaçıları Gürcüstanla bağlı hazırlanmış yüzlərlə məqalə və süjetlə tanış olublar.
Bu il Gürcüstana Milli Turizm Administrasiyasının təşkilatçılığı ilə ümumilikdə 67 məlumat turu və 13 tanışlıq turu təşkil olunub. Gürcüstanlı həmkarlar əməkdaşlığı planlaşdırmaq və birgə turlar təşkil etmək məqsədilə beynəlxalq turoperatorlarla görüşdülər”-deyə Milli Turizm Administrasiyasının məlumatında deyilir.