Milli Turizm Administrasiyası beynəlxalq turizm sərgisində - "TT Warsaw"da iştirak edir
Milli Turizm Administrasiyası beynəlxalq turizm sərgisində - "TT Warsaw"da iştirak edir

 
Milli Turizm Administrasiyası beynəlxalq turizm sərgisində – “TT Warsaw”da iştirak edir.

Milli Turizm Administrasiyasının təşkilatçılığı və Gürcüstanın Polşadakı səfirliyinin dəstəyi ilə keçirilən sərgidə Acara Turizm və Kurortlar Departamenti, İmereti, Sameqrelo və Svanetinin təyinat yerlərinin idarəedilməsi təşkilatı və 15-ə yaxın gürcü turizm şirkəti iştirak edir.

Sərgi çərçivəsində Gürcüstan stendinin ziyarətçiləri Gürcüstanın turizm imkanları ilə tanış olmaq və ölkənin əsas turistik istiqamətləri haqqında hərtərəfli məlumat almaq imkanı əldə edirlər.

“TT Warsaw 2023” sərgisində 50 ölkənin 247 şirkəti iştirak edir.