Milli Turizm Administrasiyası - altı ayda Gürcüstana 2 860 117 beynəlxalq səyahətçi səfər edib
Milli Turizm Administrasiyası yanvar-iyun ayları üzrə beynəlxalq səyahətçilərin statistik göstəricilərini dərc edir. Administrasiyanın mətbuat xidmətinin yaydığı məlumata əsasən, birinci və ikinci rüblərdə Gürcüstana 2 860 117 beynəlxalq səyahətçi səfər edib, bu da pandemiyadan əvvəlki dövrün göstəricilərinin 74 faiz bərpası deməkdir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə artım +75,9% təşkil edir.
“Altı ayda ölkəyə 1 930 483 beynəlxalq turist səfər edib, bu da 2019-cu ilin göstəricilərinin 90,8% bərpasıdır və 2022-ci illə müqayisədə artım +59,6% təşkil edir.
2023-cü ilin II rübündə 1 651 655 beynəlxalq səyahətçi Gürcüstana səfər edib, bu da pandemiyadan əvvəlki göstəricilərin 73,6% bərpasıdır və 2022-ci illə müqayisədə artım +57,4% təşkil edir.
2023-cü ilin aprel-iyun aylarında Gürcüstana 1 085 151 beynəlxalq turist səfər edib, bu da 2019-cu ilin göstəricilərinin 87,2% bərpasıdır və 2022-ci illə müqayisədə artım +44,8% təşkil edir.
Beynəlxalq səyahətçilərin və beynəlxalq turist səfərlərinin sayı Ümumdünya Turizm Təşkilatının tövsiyəsi əsasında hazırlanmış metodologiyaya əsasən hesablanır və artıq həyata keçirilmiş və başa çatmış səfərləri əhatə edir”-deyə Milli Turizm Administrasiyasının məlumatında qeyd olunur.