Milli Turizm Administrasiyası - 2023-cü ilin birinci rübündə Gürcüstana 1 208 462 beynəlxalq səyahətçi səfər həyata keçirdi
Milli Turizm Administrasiyası yanvar-mart ayları üzrə beynəlxalq səyahətçilərin statistik göstəricilərini dərc edir.
Milli Turizm Administrasiyasının məlumatına görə, 2023-cü ilin birinci rübündə Gürcüstana 1 208 462 beynəlxalq səyahətçinin səfəri baş tutdu, bu da pandemiyaya qədər göstəricilərin 74.7 faizlə bərpasıdır, 2022-ci ilin yanvar-mart dövrü ilə müqayisədə isə, artım +109,6% təşkil edir.
“Beynəlxalq turist səfərləri hissəsində xüsusi artım müşahidə olunur. 2023-cü ilin birinci rübündə Gürcüstana 845 332 beynəlxalq turist səfəri həyata keçirildi, bu da 2019-cu ilin göstəricilərinin 95.8 faiz bərpasıdır, 2022-ci il ilə müqayisədə isə, artım +83.8%vtəşkil edir.
Beynəlxalq səfərlərin və beynəlxalq turist səfərlərinin sayı Ümumdünya Turizm Təşkilatının rekomendasiyasına əsasən hazırlanmış metodologiyaya əsasən hesablanır və artıq edilmiş və başa çatdırılmış səfərləri əhatə edir”, – Milli Turizm Administrasiyasının məlumatında deyilir.