Milli Turizm Administrasiyası - 2022-ci ilin yanvar-noyabr aylarında Gürcüstan beynəlxalq səyahətlərdən 3,2 milyard dollar gəlir əldə edib
Milli Turizm Administrasiyası - 2022-ci ilin yanvar-noyabr aylarında Gürcüstan beynəlxalq səyahətlərdən 3,2 milyard dollar gəlir əldə edib

 

2022-ci ilin yanvar-noyabr aylarında səyahətdən əldə olunan gəlir 2019-cu ilin göstəricisini üstələyib və rekord göstərici – 3 159 558 975 ABŞ dolları qeydə alınıb-bu barədə Milli Turizm Administrasiyası məlumat yayır .

Agentliyin məlumatına əsasən bu göstərici 2019-cu ilin analoji göstəricisinin (artım+108 134 426 ABŞ dolları ) 103,5% bərpasıdır.

“2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə səyahətdən əldə olunan gəlir +2 040 668 275 (+182,4%) ABŞ dolları artıb.

2022-ci ilin noyabr ayında səyahətdən əldə olunan gəlir 2019-cu ilin göstəricisini keçib və 305.029.882 ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin analoji göstəricisinin 151,2% bərpasıdır, 2021-ci ilin noyabr ayı ilə müqayisədə isə səyahətdən əldə olunmuş gəlir +194 075 877 (+174,9%) ABŞ dolları artıb” -deyə məlumatda qeyd olunub.