Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri Estoniya səfiri ilə görüşdü
Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri, Kaxaber Kemoklidze Estoniyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, Marina Kaliurand ilə tanışlıq xarakterli görüş keçirdi.
Kaxaber Kemoklidze səfiri, Gürcüstanın milli təhükəsizliyi memarlığı və bu istiqamətlə Milli Təhlükəsizlik Şurasının və onun aparatının mandatı ilə tanış etdi.
Görüşdə tərəflər Gürcüstan qarşısında təhlükəsizlik baxımından mövcud çağırışlar və təhlükələri müzakirə etdilər.
Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri, Gürcüstan qarşısında kibertəhlükəsizlik və dezinformasiya istiqamətilə mövcud çağırışlarla mübarizədə Estoniyanın əhəmiyyətli dəstəyinə xüsusi diqqət yetirdi.
Tərəflər həmçinin, Estoniyanın Gürcüstandakı Səfirliyi və Milli Təhlükəsizlik Şurası aparatı arasında gələcək əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə etdilər.
Məlumatı Milli Təhlükəsizlik Şurasının aparıtı yayır.