Milli Tədris Olimpiadasının ilk turu 16 noyabrdan elektron qaydada keçiriləcək
Milli Tədris Olimpiadasının ilk turu 16 noyabrdan elektron qaydada keçiriləcək

Milli Tədris Olimpiadasının ilk turu 16 noyabrdan elektron qaydada keçiriləcək. Məlumatı Dəyərləndirmə və İmtahanlar Milli Mərkəzi yayır.

Mərkəzin məlumatına görə, 2020-2021 tədris ilinin Milli Tədris Olimpiadasının ilk turuna şagirdlər distansiyalı şəkildə qoşula bilərlər.

Olimpiada üçün qeydiyyatdan keçmiş bütün şagirdin imkanı olacaq ki, müvafiq cədvələ uyğun olaraq, onun üçün arzu olunan vaxtı, saat 09:00-dan saat 20:00-dək www.naec.ge saytına daxil olsun və göstərilən linkə şəxsi nömrəsinin və parolunun daxil edilməsindən sonra olimpiada üçün nəzərdə tutulmuş tapşırıqları yerinə yetirsin.

“İkinci turda iştirak hüququnu testin maksimal xalının 60 faizini toplayan və fənnin reytinq siyahısının ilk 1000 şagirdi arasına düşən iştirakçı qazanacaq. Öz xalını şagird ekranda testləşdirmənin başa çatması an görəcək, reytinq siyahısını isə, mərkəz veb-səhifəyə yerləşdirəcək. Əgər olimpiadanın iştirakçısı keçən ilin müvafiq fənn olimpiadasının qalibidirsə və bağışlanan səbəblərə görə, olimpiadanın birinci turunda qeydiyyatdan keçə bilmədisə və ya bəyan ola bilmədisə, hüququ var ki, müvafiq fənnin və sinif olimpiadasının növbəti turunda iştirak etsin”, – Mərkəzin məlumatında deyilir.

Olimpiada konkret sinif/siniflərə müvafiq olaraq qarşıdakı fənnlərdə keçirilir: riyaziyyat, gürcü dili və ədəbiyyatı, tarix, coğrafiya, fizika, kimya, biologiya, xarici dillər (ingilis, alman, fransız, rus).

Mərkəzdə açıqlayırlar ki, əgər sistem şagirdi qeydiyyatdan keçmiş kimi axtara bilmədisə, o, məktəb administrasiyasına detalların dəqiqləşdirilməsi üçün müraciət etməlidir.

Prosedurların müəyyən edilmiş qaydaların və ya başqa hansısa pozuntuların aşkar edilməsi təqdirində, iştirakçı ərizə ilə yerli resurs mərkəzinə, testləşdirmənin başa çatmasından ikinci günün saat 17:00-na qədər müraciət etməlidir.

Milli Tədris Olimpiadası üç turda keçirilir və hər bir tur milli tədris planına əsaslanır.

Dəyərləndirmə və İmtahanlar Milli Mərkəzinin məlumatına görə, bu il Milli Tədris Olimpiadasında iştirak arzusunda olduğunu 30 700-dən artıq şagird bildirdi.