Milli Statistika Xixdməti- Yanvar-iyul aylarında Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi 1,6 faiz artıb
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi (bəyan olunmamış ticarət olmadan) 12 566,8 milyon ABŞ dolları təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur. Milli Statistika Xidmətinin məlumatına görə, ixrac 3 532,2 milyon ABŞ dolları, yəni 1,3 faiz azalıb, idxal isə 9 034,6 milyon ABŞ dolları- artım 2,9 faiz təşkil edib.
2024-cü ilin yanvar-iyul aylarında Gürcüstanın mənfi ticarət saldosu 5 502,4 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 43,8 faizini təşkil edir.
Agentliyin hesabatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində on ən böyük ticarət tərəfdaşı ölkənin payı 68,2 faiz təşkil edib.
Ölkənin ən böyük ticarət tərəfdaşları 1809,5 milyon ABŞ dolları ilə Türkiyə, 1427,8 milyon ABŞ dolları ilə Rusiya və 1078,4 milyon ABŞ dolları ilə ABŞ-dır.