Milli Statistika Xidmətinin ilkin qiymətləndirməsinə əsasən 2023-cü ilin yanvarında Gürcüstan iqtisadiyyatı 8,4 faizlə artıb
Milli Statistika Xidmətinin ilkin qiymətləndirməsinə əsasən 2023-cü ilin yanvarında Gürcüstan iqtisadiyyatı 8,4 faizlə artıb

 

Milli Statistika Xidmətinin ilkin qiymətləndirməsinə əsasən 2023-cü ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 8,4 faiz təşkil edib.

Milli Statistika Xidmətinin məlumatında 2023-cü ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıma aşağıdakı sektorların- tikinti, maliyyə və sığorta fəaliyyətləri, nəqliyyat və anbar təsərrüfatı, ticarət, informasiya və rabitə, mehmanxana və restoranların əhəmiyyətli töhfə verdiyi deyilir.

Emal sənayesi, peşə, elmi-texniki fəaliyyət və enerji sektorlarında azalma tendensiyası müşahidə olunub.