Milli Statistika Xidmətinin ilkin qiymətləndirmələrinə əsasən noyabrda ÜDM-in real artımı 9,3 faiz təşkil edib, 2022-ci ilin on bir ayının orta göstərici isə 10,0 faizlə müəyyən edilib
Milli Statistika Xidmətinin ilkin qiymətləndirmələrinə əsasən noyabrda ÜDM-in real artımı 9,3 faiz təşkil edib, 2022-ci ilin on bir ayının orta göstərici isə 10,0 faizlə müəyyən edilib

 

Milli Statistika Xidmətinin ilkin qiymətləndirmələrinə əsasən 2022-ci ilin noyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun (ÜDM) real artımı 9,3 faiz təşkil edib, 2022-ci ilin on bir ayının orta göstərici isə 10,0 faizlə müəyyən edilib.

2022-ci ilin noyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıma aşağıdakı sektorlar əhəmiyyətli töhfə verib: tikinti, nəqliyyat və anbar təsərrüfatı, maliyyə və sığorta fəaliyyəti, dağ-mədən sənayesi, ticarət, mehmanxana və restoranlar.

İstehsal sənayesində və daşınmaz əmlakla bağlı fəaliyyətlər sahəsində azalma tendensiyası müşahidə olunub.