Milli Statistika Xidməti- yanvar-may aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 18,9 faizlə artıb
Milli Statistika Xidməti tərəfindən verilmiş məlumatda 2023-cü ilin yanvar-may aylarında Gürcüstanda xarici ticarət dövriyyəsinin (bəyan edilməmiş ticarət olmadan) 8 360,0 mln. ABŞ dolları təşkil etdiyi, bunun da əvvəlki ilin müvafiq göstəricisindən 18,9 faizlə çox olduğu deyilir.
Milli Statistika Xidməti tərəfindən verilmiş məlumatda bu göstəricidən ixracın 2500,3 mln. ABŞ dolları olduğu, yəni 18,5 faizlə artdığı, idxalın isə 5 859,7 mln. ABŞ dolları – artımın 19,1 faiz təşkil etdiyi bildirilir.
2023-cü ilin yanvar-may aylarında mənfi ticarət saldosu 3 359,4 mln. ABŞ dolları təşkil edib, bu da xarici ticarət dövriyyəsinin 40,2 faizidir.