Milli Statistika Xidməti: yanvar-may aylarında Gürcüstan üçün ən böyük ixracatçı ölkə Ermənistan, ən böyük idxalçı isə Türkiyə olub
Milli Statistika Xidməti: yanvar-may aylarında Gürcüstan üçün ən böyük ixracatçı ölkə Ermənistan, ən böyük idxalçı isə Türkiyə olub

 
Milli Statistika Xidmətinin ilkin göstəricilərinə əsasən, 2023-cü ilin yanvar-may aylarında Gürcüstanın ümumi ixracında on ən böyük ixrac tərəfdaşı ölkənin payı 80,8 faiz təşkil edib. Milli Statistika Xidmətinin yaydığı məlumatda ən böyük ixracatçı ölkə üçlüyündə 360,0 mln. ABŞ dolları ilə Ermənistanın birinci yeri tutduğu deyilir. 336,5 mln. ABŞ dolları ilə Azərbaycan ikinci yerdədir, 281,3 mln. ABŞ dolları ilə Rusiya isə üçüncü yerdədir.

İdxala gəlincə, qurum tərəfindən yayılmış məlumatda cari ilin yanvar-may aylarında Gürcüstanın ümumi idxalında on ən böyük idxalçı tərəfdaş ölkənin payının 70,4 faiz təşkil etdiyi deyilir. İlk üçlükdə 1 021,9 milyon. ABŞ dolları ilə Türkiyə, 778,6 mln. ABŞ dolları ilə Rusiya və 589,7 mln. ABŞ dolları ilə ABŞ yer alıb.

Bundan əlavə, qurumun hesabatına əsasən, 2023-cü ilin yanvar-may aylarında məhsul qrupundan ixracatçı onluqda 795,0 mln. ABŞ dolları ilə yüngül avtomobillər birinci yeri tutur, bu da bütün ixracın 31,8 faizini təşkil edir. İkinci yeri 315,7 mln. ABŞ dolları ilə mis filizləri və konsentratları tutur, üçüncü yerdə isə 103,5 mln. ABŞ dolları ilə təbii üzüm şərabları qərarlaşır.