Milli Statistika Xidməti- Yanvar-mart aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb
Milli Statistika Xidməti- Yanvar-mart aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb

 
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 4 699,3 mln. ABŞ dolları təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz azdır.

Bu göstəricidən, Milli Statistika Xidmətinin məlumatına görə, ixrac 1 326,0 mln. ABŞ dolları təşkil edib, yəni 9,3 faiz azalıb, idxal isə 3 373,3 mln. ABŞ dolları olub-azalma 5,3 faiz təşkil edib.

2024-cü ilin yanvar-mart aylarında Gürcüstanın mənfi ticarət saldosu 2 047,4 mln. ABŞ dolları təşkil edib, bu, xarici ticarət dövriyyəsinin 43,6 faizidir.

Qurumun hesabatına əsasən, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində on ən böyük ticarət tərəfdaşı ölkənin payı 68,1 faiz təşkil edib.
Ölkənin ən böyük ticarət tərəfdaşları : 721,7 mln. ABŞ dolları ilə Türkiyə, 619,2 mln. ABŞ dolları ilə Rusiya və 330,6 mln. ABŞ dolları ilə Çindir.