Milli Statistika Xidməti- yanvar-fevralda Gürcüstanda malla xarici ticarət dövriyyəsi 49,2 faiz artıb
Milli Statistika Xidməti- yanvar-fevralda Gürcüstanda malla xarici ticarət dövriyyəsi 49,2 faiz artıb

 

Milli Statistika İdarəsinin ilkin göstəricilərinə görə, 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstanda malla xarici ticarət dövriyyəsi (bəyan olunmamış ticarət istisna olmaqla) 2 539,2 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 49,2 faiz çoxdur.

Bu göstəricilərdən 760,4 milyon ABŞ dolları ixrac olub, yəni 54,5 faiz çox, idxal isə 1 778,9 mln. ABŞ dolları – artım 47,0 faizdir.

Bununla yanaşı, Milli Statistika İdarəsinin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında mənfi ticarət balansı 1 018,5 mln. ABŞ dolları olub və xarici ticarət dövriyyəsinin 40,1 faizini təşkil edib.