Milli Statistika Xidməti- yanvar ayında Gürcüstanda yaşayış minimumu artıb və əmək qabiliyyətli kişilər üçün 226,2 lari təşkil edib
Milli Statistika Xidməti- yanvar ayında Gürcüstanda yaşayış minimumu artıb və əmək qabiliyyətli kişilər üçün 226,2 lari təşkil edib

 

Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin yanvarında 2021-ci ilin dekabr ayı ilə müqayisədə Gürcüstanda yaşayış minimumu artıb.

2021-ci ilin dekabr ayında əmək qabiliyyətli kişilər üçün yaşayış minimumu 223,7 lari idisə, 2022-ci ilin yanvarında bu rəqəm 2,5 lari artaraq 226,2 lari təşkil edib.

Bununla yanaşı, “Sakstat”-ın məlumatına görə, ötən ilin dekabr ayı ilə müqayisədə orta istehlakçının yaşayış minimumu yanvar ayında 2,4 lari artaraq 200,4 lari təşkil edib.

Qurumdan da qeyd etdikləri kimi, 2021-ci ildən yeni statistik iş proqramına əsasən, bu göstəricinin hesablanması artıq Sakstat tərəfindən həyata keçirilmir (iki nəfərlik, üç nəfərlik və s. nəzərdə tutulur). “Sakstat”-dan qeyd edildiyi kimi, bu göstərici heç bir planlaşdırma və qərar qəbul etmə prosesində istifadə edilmir.

Milli Statistika Xidməti yaşayış minimumunu minimum ərzaq səbətinə əsasən müəyyən edir. Minimum ərzaq səbətində əmək qabiliyyətli kişinin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qida miqdarını əhatə edir. Minimum ərzaq səbəti 40 növ məhsuldan – çörək, taxıl, ət, süd məhsulları, tərəvəz və qənnadı məmulatlarından ibarətdir.