Milli Statistika Xidməti - yanvar-avqustda Gürcüstanda mal ilə xarici ticarət dövriyyəsi 22.3 fazilə artdı
Milli Statistika Xidmətinin ilkin göstəricilərinə görə, 2021-ci ilin yanvar-avqustunda Gürcüstanda malların xarici ticarət dövriyyəsi (bəyannaməsiz ticarət olmadan)8 683.5 milyon ABŞ dollarını təşkil etdi, bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.3 faizlə artıqdır.
Milli Statistika Xidmətinin məlumatına görə, eksport 2 610.8 milyon ABŞ dollarını təşkil etdi, yəni 25.0 faizlə artıq, import isə, 6 072.7 milyon ABŞ dollarını təşkil etdi, yəni 20.7 faizlə artıq. Mənfi ticarət balansı 2021-ci ilin yanvar-avqustunda 3 461.9 milyon ABŞ dollarını və xarici ticarət dövriyyəsinin 39.9 faizni təşkil etdi.
Bununla yanaşı, Milli Statistika Xidmətinin ilkin göstəricilərinə görə, 2021-ci ilin yanvar-avqustunda on iri ticari partnyor öılkəsinin payı Gürcüstanın bütöv xarici ticarət dövriyyəsinində 70.1 faizi təşkil etdi. Ölkənin ən iri partnyorları – 1 286.9 milyon ABŞ dolları ilə Türkiyə, 1 011.9 milyon ABŞ dolları ilə Rusiya, 941.3 ABŞ dolları ilə Çindir.