Milli Statistika Xidməti- yanvar-aprel aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 21,9 faizlə artıb
Milli Statistika Xidmətinin ilkin göstəricilərinə əsasən, 2023-cü ilin yanvar-aprel aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 6 491,0 mln. ABŞ dolları təşkil edib, bu da əvvəlki ilin müvafiq göstəricisindən 21,9 faizlə çoxdur.
Bundan, Milli Statistika Xidmətinin göstəricilərinə əsasən ixrac 1 960,0 mln. ABŞ dolları olub, yəni 23,5 faizlə artıb. İdxal isə 4 531,0 mln. ABŞ dolları – artım 21,2 faiz təşkil edib.
2023-cü ilin yanvar-aprel aylarında mənfi ticarət saldosu 2 571,0 mln. ABŞ dolları olub, bu da xarici ticarət dövriyyəsinin 39,6 faizidir.