Milli Statistika Xidmətinin məlumatına əsasən, Tbilisidə yeni tikilmiş çoxmənzilli binalarda daşınmaz əmlak ən baha Mtatsmindada, ən ucuz isə Samqoridədir. Fərdi yaşayış evlərinə gəlincə, burada da Mtatsminda dəyər baxımından birinci yerdədir. Qldani isə sonuncu.
Milli Statistika Xidmətinin məlumatında, yaşayış təyinatlı daşınmaz əmlakın qiymət indeksinin 4,8 faiz artdığı, indeksin illik artımının isə 14,9 faiz təşkil etdiyi deyilir.
Şəhərin rayonları üzrə mənzillərin qiymətinə gəlincə, mənzillər seqmentində 1 m²-in qiyməti aşağıdakı kimi bölüşdürülür:
Mtatsminda – 5 737 lari;
Vake- 5 247 lari;
Saburtalo – 4 036 lari;
Çuğureti – 3960 lari;
Didube – 3 648 lari;
Krtsanisi – 3 635 lari;
Nadzaladevi – 3 581 lari;
İsani – 3 449 lari;
Qldani – 3 425 lari;
Samqori – 3232 lari.
İkinci rübdə əvvəlki rüblə müqayisədə qiymət artımı yaşayış mənzilləri – 4,8 %, eləcə də fərdi yaşayış evləri seqmentində 4,6 %-lə artıb. 2023-cü ilin ikinci rübü ilə müqayisədə qiymət artımı hər iki seqment üzrə – mənzillər 14,4 %-lə, fərdi yaşayış evləri üzrə isə 16,8 %-lə qeydə alınıb.