Milli Statistika Xidməti Tbilisidə daşınmaz əmlakın bahalaşmasına dair məlumat verir
Milli Statistika Xidməti Tbilisidə daşınmaz əmlakın bahalaşmasına dair məlumat verir

 

Milli Statistika Xidmətinin yaydığı məlumatda 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə daşınmaz əmlakın qiymət indeksinin 5,5 faiz artdığı, indeksin illik artımının isə 14,3 faiz təşkil etdiyi deyilir. 2020-ci ilin orta göstəricisi ilə müqayisədə indeks 24,0 faiz artıb.

Milli Statistika Xidmətinin açıqlamasına əsasən daşınmaz əmlakın qiymət indeksinin əhatə dairəsi Tbilisi ilə məhdudlaşır və yalnız yeni yaşayış daşınmaz əmlak bazarını, həm çoxmərtəbəli evlər, həm də fərdi evlər seqmentlərini əhatə edir.

Milli Statistika Xidmətinin açıqlamasında 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə qiymətlərdə həm yaşayış mənzilləri seqmentində 3,8 faiz, həm də fərdi evlər seqmentində 8,9 faiz artım qeydə alındığı deyilir.

2021-ci ilin dördüncü rübü ilə müqayisədə qiymət artımı hər iki seqment üzrə də müşahidə olunub – mənzillər üzrə 12,5 faiz, fərdi yaşayış evləri üzrə isə 18,0 faiz.

Yeni tikilmiş mənzillər seqmentində, Tbilisinin rayonlarına görə, hər kvadrat metr üçün qiymətlər aşağıdakı kimi bölüşdürülür: Mtatsminda – 4,941 lari; Vake- 4 204 lari; Saburtalo – 3 333 lari; Çuğureti – 3 212 lari; Krtsanisi – 3 118 lari; Didube – 2 881 lari; Nadzaladevi- 2 824 lari; Qldani – 2 698 lari; İsani – 2 668 lari; Samqori – 2 630 lari.