Milli Statistika Xidməti- Mayda inflyasiyanın Avropa İttifaqının metodologiyası ilə hesablanmasının nəticəsi milli metodologiya ilə hesablanmış inflyasiyadan 0,4 faiz çox olub və 2,4 faiz təşkil edib
Milli Statistika Xidməti- Mayda inflyasiyanın Avropa İttifaqının metodologiyası ilə hesablanmasının nəticəsi milli metodologiya ilə hesablanmış inflyasiyadan 0,4 faiz çox olub və 2,4 faiz təşkil edib

 
2022-ci ildən Gürcüstanın Milli Statistika Xidməti yeni göstəricini, uyğunlaşdırılmış istehlak qiymətləri indeksini dərc etməyə başlayıb.

Milli Statistika Xidmətinin məlumatına əsasən, bu metodologiya ilə 2024-cü ilin mayında inflyasiya 2,4 faiz təşkil edib, bu da milli metodologiya ilə hesablanmış 2,0 faizlik inflyasiyadan 0,4 faiz çoxdur.

Ayrı-ayrı komponentlərə gəlincə, Avropa İttifaqının HICP metodologiyası ilə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə faiz dəyişikliyi aşağıdakı kimi bölünür:

Qida məhsulları və alkoqolsuz içkilər – 1,0%; alkoqollu içkilər, tütün – 4,6%; geyim və ayaqqabı – 3,5%; mənzil, su, işıq, təbii qaz və digər istilik növləri – -3,2%; mebel, məişət əşyaları və bəzək əşyaları, evə qulluq və təmir – -2,9%; sağlamlığın müdafiəsi– 1,1%; nəqliyyat – 11,1%; rabitə, – -1,2%; istirahət, əyləncə və mədəniyyət – -0,4%; təhsil – 3,5%; mehmanxana, kafe və restoranlar – 9,2%; müxtəlif mal və xidmət– 2,8%.