Milli Statistika Xidməti- Mayda Gürcüstanda tikinti işləri bahalaşıb
Milli Statistika Xidməti- Mayda Gürcüstanda tikinti işləri bahalaşıb

 
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2024-cü ilin may ayında tikintinin dəyər indeksi əvvəlki ayla müqayisədə 0,3 faiz artıb.

Milli Statistika Xidmətinin məlumatında, tikinti materiallarının qiymətlərinin 0,6 faiz artmasının sözügedən dəyişikliyə səbəb olduğu, bunun da ümumi indeks dəyişikliyinə 0,33 faiz bəndi töhfə verdiyi deyilir.

“Keçən ilin müvafiq ayı ilə müqayisədə tikintinin dəyər indeksi 8.4 faiz artıb. İndeksin artımına daha çox tikinti sahəsində çalışan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının 27.3 faiz və tikinti materiallarının 4,5 faiz bahalaşması səbəb olub, bu da müvafiq olaraq ümumi indeks dəyişikliyinə 4.62 və 2,7 faiz bəndi töhfə verib. Bununla yanaşı, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikintinin dəyər indeksi 17,3 faiz artıb” – Milli Statistika Xidməti tərəfindən dərc edilmiş hesabatda qeyd olunub.