Milli Statistika Xidməti- May ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi illik 6,7 faiz artıb
Milli Statistika Xidməti- May ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi illik 6,7 faiz artıb

 
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2024-cü ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,2 faiz azalıb, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə isə indeksin 6,7 faizlik artımı göz qabağındadır.

Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü ilin aprel ayı ilə müqayisədə dağ- mədən sənayesi və karxana işləri qrupu üzrə qiymətlər 3,4 faiz artıb, bu da ümumi indeksin dəyişməsinə 0,21 faiz bəndi təsir edib. Eyni dövrdə emal sənayesi məhsulları qrupu üzrə qiymətlər 0,1 faiz artıb, bu da ümumi indeksin dəyişməsinə 0,11 faiz bəndi təsir edib. Qrupa daxil olan məhsullar arasında ərzaq məhsullarının qiymətlərində 1,7 faiz, əsas metallarda isə 1,4 faiz artımı qeyd etmək lazımdır. Bununla yanaşı, elektrik enerjisi, təbii qaz, buxar və kondisionerləşdirilmiş hava məhsulları qrupu üzrə qiymətlərdə 5,4 faiz ucuzlaşma qeydə alınıb , onun ayın ümumi indeksinin dəyişməsinə töhfəsi -0,58 faiz bəndi təşkil edib.

“12 aylıq dövrdə indeksin formalaşmasına əsasən aşağıdakı məhsulların qiymət dəyişiklikləri təsir edib:

Dağ- mədən sənayesi və karxana işləri: Qiymətlər 23,6 faiz artıb, bu da ümumi indeksinin dəyişməsinə 1,36 faiz bəndi təsir edib. Qrupda metal filizlərinin (25,4 faiz) qiymət artımını qeyd etmək lazımdır;

Emal sənayesi məhsulları: Qiymətlər 5,3 faiz artıb, bu da ümumi indeksin artımına 4,31 faiz bəndi təsir edib. Aşağıdakı alt qruplar üzrə qiymətlər artıb: ərzaq məhsulları (9,3 faiz) və içkilər (8,1 faiz);

Elektrik enerjisi, təbii qaz, buxar və kondisionerləşdirilmiş hava: Qiymətlər 9,0 faiz artıb, bu da ümumi indeksin illik dəyişməsinə 0,81 faiz bəndi təsir edib;

Su təchizatı, kanalizasiya, tullantıların idarə edilməsi və rekultivasiya xidmətləri: Qiymətlər 10,2 faiz artıb, bu da ümumi indeksin dəyişməsinə 0,25 faiz bəndi təsir edib” -Milli Statistika Xidmətinin dərc etdiyi məlumatda qeyd olunub.