Milli Statistika Xidməti- may ayında Avropa İttifaqının metodologiyası ilə inflyasiyanın hesablanmasının nəticəsi milli metodologiya ilə hesablanmış inflyasiyadan 0,2 faiz az olub və 1,3 faiz təşkil edib
2022-ci ildən Gürcüstanın Milli Statistika Xidməti yeni göstəricinin – İstehlak Qiymətlərinin Uyğunlaşdırılmış İndeksini dərc etməyə başlayıb. Bu metodologiya ilə 2023-cü ilin may ayında inflyasiya 1,3 faiz təşkil edib, bu da milli metodologiya ilə hesablanmış 1,5 faizlik inflyasiyadan 0,2 faizlə azdır.
Ayrı-ayrı komponentlərə gəlincə, Aİ-nin HICP metodologiyası ilə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə faiz dəyişikliyi aşağıdakı kimi bölünür:
Qida məhsulları və alkoqolsuz içkilər – 2,7%; alkoqollu içkilər, tütün – 7,2%; Geyim və ayaqqabı – 0,8%; Mənzil, su, elektrik enerjisi, qaz və digər istilik növləri – 3,4%; Mebel, məişət əşyaları və bəzək əşyaları, evə qulluq – 6,0%; Səhiyyə – -8,0%; Nəqliyyat – -13,4%; Rabitə – -3,0%; İstirahət, əyləncə və mədəniyyət – 27%; Təhsil – 7,0%; Mehmanxana, kafe və restoranlar – 9,2%; Müxtəlif mal və xidmətlər – 16,4%.