Milli Statistika Xidməti- Mart ayında inflyasiyanın Avropa İttifaqı metodologiyası ilə hesablanmasının nəticəsi milli metodologiya ilə hesablanmış inflyasiyadan 0,1 faiz az olub və 0,4 faiz təşkil edib
2022-ci ildən Gürcüstanın Milli Statistika Xidməti yeni göstəricini – İstehlak Qiymətlərinin Uyğunlaşdırılmış İndeksini dərc etməyə başlayıb.
MSX-nin yaydığı məlumat üzrə, bu metodologiyaya əsasən, 2024-cü ilin mart ayında inflyasiya 0,4 faiz təşkil edib, bu da milli metodologiya ilə hesablanmış 0,5 faizlik inflyasiyadan 0,1 faiz azdır.
Ayrı-ayrı komponentlərə gəlincə, Avropa İttifaqının HICP metodologiyası ilə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə faiz dəyişməsi aşağıdakı kimi bölünür:
Qida və alkoqolsuz içkilər – -3,3%; Spirtli içkilər, tütün – 4,6%; Geyim və ayaqqabı – -4,4%; Mənzil, su, işıq, qaz və digər istilik növləri – -3,3%; Mebel, məişət əşyaları və bəzək əşyaları, evə qulluq və təmir – -3,2%; Səhiyyə – 1,8%; Nəqliyyat – 6,9%; Rabitə, – -1,1%; İstirahət, əyləncə və mədəniyyət – -1,9%; Təhsil – 3,4%; Mehmanxana, kafe və restoranlar – 6,5%; Müxtəlif mal və xidmətlər – 8,5%.