Milli Statistika Xidməti- Mart ayında Gürcüstanda tikinti bahalaşıb
Milli Statistika Xidməti- Mart ayında Gürcüstanda tikinti bahalaşıb

 
Milli Statistika Xidmətinin yaydığı məlumatda, 2024-cü ilin mart ayında tikintinin dəyər indeksinin əvvəlki ayla müqayisədə 1,0 faiz artdığı deyilir.

Milli Statistika Xidmətindən verilmiş məlumata görə, qeyd olunan dəyişiklik əsasən tikinti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 5,9 faiz artması ilə əlaqədar olub, bu da ümumi indeksin dəyişməsinə 0,84 faiz bəndi təsir edib.

Qurumun hesabatına əsasən, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə tikintinin dəyər indeksi 9,1 faiz artıb. İndeksin artımına daha çox tikinti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 35,3 faiz və tikinti materiallarının 3,4 faiz bahalaşması səbəb olub, bu da müvafiq olaraq, ümumi indeksin dəyişməsinə 6,65 və 1,99 faiz bəndi təsir edib. Bununla yanaşı, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikintinin dəyər indeksi 16,2 faiz artıb.