Milli Statistika Xidmətinin məlumatına əsasən mart ayında inşaat xərcləri indeksi əvvəlki ayla müqayisədə 1,7%-lə artıb. Milli Statistika Xidmətinin məlumatında bildirilir ki, qeyd olunan dəyişiklik əsasən tikinti sahəsində muzdlu işçilərin orta aylıq nominal əmək haqqının 14,8% artması ilə əlaqədar olub ki, bu da ümumi indeks dəyişikliyində 2,55 faiz bəndi ilə əks olunub.
Bununla yanaşı, qurumun göstəricilərinə əsasən, 2022-ci ilin fevral ayı ilə müqayisədə inşaat xərcləri indeksi 6,6%-lə artıb. İndeksin artmasına əsasən tikinti materiallarının qiymətlərinin 4,8%-lik artması səbəb olub, bu da ümumi indeks dəyişikliyində 2,69 faiz bəndi ilə əks olunub.